00:00:00
Yazar
Admin User
11.11.2025 18:02 100 1 dəq oxuma
İdman

Cucurella İspaniya çempionatında çıxış edəcəkmi?

Cucurella İspaniya çempionatında çıxış edəcəkmi?

"Chelsea"nin müdafiəçisi Cucurella İspaniya çempionatında çıxış edə bilər. "Atletico" futbolçuya maraq göstərməyə başlayıb və yaxın zamanda sosial şəbəkələrdə dəqiq məlumat veriləcəyi gözlənilir. 

 

Mövzu haqqında idman mütəxəssisi Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, Cucurella ən yaxşı müdafiəçilərdən biridir:

 

 

" Cucurella əsl mənada "Atletico"nun üslubuna uyğun gələn futbolçudur. Çünki "Atletico"da döyüşkən futbol nümayiş etdirilir və Cucurella-nın da əsas xüsusiyyəti məhz onun döyüşkənliyidir. Hücumda o qədər effektiv olmasa da, müdafiədə çox etibarlıdır. Futbolçunun "Chelsea" ilə müqaviləsi növbəti mövsümün sonunda bitir, yəqin ki "Chelsea" də müqavilənin bitmə səbəbi ilə mövsümün sonunda, yəni, yay transferlerində futbolçunu satmağı üstün görəcək. Cucurella elə səviyyəli bir oyunçudur ki, hansı çempionatda oynamasının onun üçün fərqi yoxdur, istənilən çempionatda oynaya bilər. Həmçinin, İspaniya da onun öz ölkəsidir, uyğunlaşma baxımından heç bir əziyyət çəkməyəcək".

 

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər