00:00:00
Yazar
Zəhra Həsənova
16.03.2026 16:18 44 1 dəq oxuma
İdman

Cüdo üzrə "İstedadların seçimi" yarışının II turu başa çatıb

Cüdo üzrə "İstedadların seçimi" yarışının II turu başa çatıb

Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-16 yeniyetmələr arasında keçirilən “İstedadların seçimi” yarışının II turu başa çatıb. Turnirdə müxtəlif çəki dərəcələrində gənc cüdoçular qüvvələrini sınayıblar. Yarışın əsas məqsədi milli komanda üçün perspektivli idmançıların müəyyənləşdirilməsi və gələcək ehtiyat bazanın formalaşdırılmasıdır.


"Bu cür yarışların təşkili ehtiyat qüvvənin yaradılması, formalaşdırılması mənasında, həmçinin inkişafın davamlı xarakter alması baxımdan çox önəmli və faydalıdır".


Bu sözləri idman jurnalisti,  şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycan Cüdo Federasiyası bu mühüm sahəyə olduqca ciddi və yüksək peşəkarlıqla yanaşır:


"Nəticədə, nəinki müxtəlif yaş qrupları üzrə dünya, Avropa birinciliklərində, eləcə də böyüklər arasında anoloji yarışlarda yeni adlara rast gəlirik. Mühüm müsbət cəhətlərdən biri kimi xanım cüdoçuların sırasının genişlənməsi qeyd olunmalıdır. Bu məsələdə federasiyanın uğurla həyata keçirdiyi "Qızlara ağ yaraşır" layihəsi həlledici rol oynayır. Seçilənlərin hər birinin gələcəkdə ən yüksək idman nailiyyətləri qazanacağını düşünmək, təbii ki, yanlışlıq olardı. Amma onların arasından böyük idmanda imzası olacaq tatami ustaları mütləq çıxacaq. Seçim turnirlərinin davamlı təşkil olunması çox vacibdir. Yalnız bu halda iştirakçıların səviyyəsinin yüksəlməsindən danışa bilərik. Cüdoçular arasında bu müsbət tendensiyanın yarışdan-yarışa özünü göstərməsi deyilənlərə sübutdur".


Zəhra Möhübbətova

#turu #üzrə #yarışının #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər