Cüdo üzrə ne-vaza ACF Kuboku keçirilib - ŞƏRH
Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə böyüklər arasında ne-vaza (yerüstü güləş texnikaları) üzrə ACF Kuboku keçirilib. Yarışda 33 klub və idman cəmiyyətini təmsil edən 157 cüdoçu 11 dəst medal uğrunda mübarizə aparıb.
"Hər hansı bir yarışda qızlar və regionları təmsil edən idman cəmiyyətlərinin sayı nə qədər çox olarsa, keyfiyyətin artımı daha çox olar. Bunu ancaq müsbət qiymətləndirmək olar".
Bu sözləri idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, ne-vaza-buna dizüstü cüdo da deyirlər:
"Cüdonun elə fəndləri var ki, o, məhz diz üstündə, yerdə həyata keçirilir. Bu fəndlər bizim idmançılarımızın zəif tərəfi idi. Zəif tərəfin aradan qaldırılması üçün belə bir yarışın keçirilməsi çox yaxşıdır. Cüdoda məsələn: kilidləmə kimi ağrıdıcı fəndlərin tətbiqi öyrənilməsi baxımından çox böyük əhəmiyyət daşıyır. Bunlar bizim cüdoçularımızın yarışlarda zəif olan nöqtələri sayılır. Bunun üçün də federasiyanın xüsusi olaraq bir yarış təşkil etməsi, bu yarışın respublika səviyyəsində, Federasiya kuboku adı altında keçirilməsi çox müsbət, təqdirəlayiq haldır".
Zəhra Möhübbətova
