“Dörd bacarığı ölçməyən İngilis dili imtahanı birtərəfli qalır”
Magistraturaya qəbul imtahanında dəyişiklik edilib. 2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən namizədlər xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.
Təhsil eksperti Qoşqar Məhərrəmov İnformator.az-a verdiyi müsahibəsində magistratura imtahanında yazı bacarıqlarının nümayiş etdirilməsinin vacibliyindən danışıb:
"Fikrimcə, tələbələr ielts kimi imtahanla magistraturuya qəbul olmalıdır. Bildiyimiz kimi, ielts 4 bacarığı ölçür - Reading, writing, listenning, speaking. Bu 4 bacarıq sayəsində tələbə magistraturada tədqiqat işlərini apara biləcək, müxtəlif resuslardan istifadə edə biləcək, magistraturada ingilis dilində yazmalı, təqdimat etməli olacaq. Yəni 4 bacarığı ölçməyən İngilis dili imtahanı birtərəfli qalır. Düşünürəm ki, ielts imtahanından balı olan bu imtahandan azad olmalıdır. İngilis dilindən sertifikatı olduğu üçün imtahana girməməlidir".
Sayad Qoşnalıyeva
