00:00:00
Yazar
Admin User
07.03.2016 06:28 502 1 dəq oxuma
Sosial

Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.
Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.

İnformator.az \"Apa\"-ya istinadən xəbər verir ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.

İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.

DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.

Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub.

DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər