00:00:00
Yazar
Admin User
10.10.2023 15:33 330 1 dəq oxuma
Sosial

Dövlət Xidmətinin əməkdaşı jurnalist tələbələrlə görüşüb

Dövlət Xidmətinin əməkdaşı jurnalist tələbələrlə görüşüb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunun əməkdaşı Azər Ağayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub.

Dövlət Xidmətinin əməkdaşı tələbələrlə görüşdə PR işinin səmərəli təşkili, media planın tərtib edilməsi, sosial media platformalarında hədəf kütləsinin təyini, təhlükəsiz istifadə qaydaları və bu sahədə digər təcrübələrini bölüşüb.

Görüş sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Azər Ağayev BDU-nin Jurnalistika fakültəsinin məzunu olub. O, 3 ildi PR sahəsində fəaliyyət göstərir. Bundan öncə arb24 kanalında jurnalist kimi çalışıb.

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər