00:00:00
Yazar
Lalə Qafarova
23.11.2026 22:06 19 2 dəq oxuma
Maraqlı

Dəridəki gizli reaksiya: Ürpərti

Dəridəki gizli reaksiya: Ürpərti

 


Ürpərti dərimizdə yaranan kiçik qabarcıqlardır. Bu zaman tüklərimiz dikəlir.

Biz qorxduqda və ya əsəbiləşdikdə ürpərti yaranır. Qorxulu filmə baxarkən və ya sevdiyimiz musiqiyə qulaq asarkən də bu hal baş verir. Həmçinin, soyuq havada da ürpəririk.

Heyvanlarda da ürpərti yaranır. Bu, onları təhlükələrdən qoruyur. Belə olduqda heyvanlar daha böyük görünür və yırtıcılardan xilas ola bilirlər. Dikəlmiş tüklər və ya xəz həmçinin heyvanları soyuqdan qoruyur.

Adrenalin ürpərtiyə səbəb olur. Adrenalin orqanizmdə olan kimyəvi maddədir. O, ürək döyüntülərini sürətləndirir. Orqanizm adətən təhlükə zamanı adrenalin ifraz edir. İnsanlar güclü emosiyalar yaşadıqda bədəndə adrenalinin miqdarı artır.

Ürpərti tüklərimizin dikəlməsi nəticəsində dərimizdə yaranan kiçik qabarcıqlardır. Biz adətən qorxduqda, həyəcanlandıqda və ya əsəbiləşdikdə ürpəririk.

Ürpərti heyvanlar üçün çox faydalıdır, çünki onların daha böyük görünməsinə səbəb olur. Beləliklə, heyvanlar yırtıcılardan qorunur və sağ qalmaq şanslarını artırırlar. Həmçinin, dikəlmiş tüklər və ya xəz soyuq havada onların bədən istiliyini qoruyur.

Mütəxəssislər bildirirlər ki, insanların yaşaması üçün ürpərtiyə ehtiyacı yoxdur. Soyuq havada, qorxulu filmə baxarkən və ya sevdiyimiz mahnıya qulaq asarkən dərimizdə ürpərti yaranır. Qorxu və ya qəzəb kimi güclü emosiyalar orqanizmdə adrenalinin daha çox ifraz olunmasına səbəb olur. Adrenalin ürək döyüntülərini sürətləndirən hormondur və ürpərtinin yaranmasına səbəb olur.

Soyuq havada, qorxulu filmə baxarkən və ya sevdiyimiz mahnıya qulaq asarkən dərimizdə kiçik qabarcıqlar əmələ gələ bilər.

Bu qabarcıqlar ürpərti adlanır. Onlar bədənimizdəki kiçik əzələlərin tükləri dartaraq dik vəziyyətə gətirməsi nəticəsində yaranır. Ürpərti güclü emosiyalara qarşı bədənin qeyri-iradi reaksiyasıdır.

Ürpərtinin heyvanlar üçün praktiki əhəmiyyəti var. Heyvanların tükləri dikəldikdə onlar daha böyük görünür və bu, onları yırtıcılardan qorumağa kömək edir. Həmçinin, dikəlmiş xəz soyuq havada bədən istiliyini qoruyur. Mütəxəssislərin fikrincə, insanlarda ürpərti yaşamaq üçün zəruri olan müdafiə reaksiyası deyil. Bu hal güclü emosiyaların təsiri ilə orqanizmdə adrenalinin artması nəticəsində baş verir.

 

News in Levels

Aysun Xəlilova

#gündəm #yeni #baki #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər