00:00:00
Yazar
Güllər Gülhüseynova
31.08.2026 19:44 78 1 dəq oxuma
Sosial

Dərmanların saxlanma qaydaları: Temperatur pozularsa nə baş verir?

Dərmanların saxlanma qaydaları: Temperatur pozularsa nə baş verir?

Dərman vasitələrinin keyfiyyətinin və effektivliyinin qorunmasında onların düzgün saxlanma şəraiti mühüm rol oynayır. Temperatur, rütubət və işıqlandırma kimi amillər bəzi dərmanların tərkibinə və təsirinə birbaşa təsir göstərə bilər. Xüsusilə soyuducuda saxlanılması tələb olunan preparatlarla bağlı apteklərdə temperatur rejiminə nəzarətin düzgün aparılması vacibdir. Bəs apteklərdə dərmanların saxlanma şəraitinə necə nəzarət olunur?

 

Mövzu ilə bağlı səhiyyə eksperti Rasif Bağırov “İnformator.az”a açıqlamasında bildirib ki, dərmanların  əksəriyyətinin saxlanma şəraiti 4 dərəcədən aşağı və 23–25 dərəcəyə qədər olan temperatur aralığındadır:

 

 

“Bəzi dərman preparatları var ki, onları yalnız xüsusi şəraitdə saxlamaq mümkündür. Belə dərmanlara bioloji preparatlar, zülal tərkibli dərmanlar, insulin və digər preparatlar aiddir. Bunlar əsasən üzvi mənşəli dərman preparatlarıdır. Belə preparatları adətən soyuq şəraitdə, 0 dərəcəyə yaxın, lakin donma temperaturundan aşağı olmayan şəraitdə saxlamaq lazımdır”.

 

Ekspert həmçinin bunu da qeyd edib ki, hazırda apteklərin bəzilərində, xüsusilə iri apteklərdə, dərmanların saxlanması üçün kifayət qədər şərait və müvafiq avadanlıqlar var:

 

“Digər apteklərdə belə imkanlar olmaya bilər. Məsələn, kiçik apteklərdə lazımi saxlama şəraiti olmadıqda həmin dərman preparatları ümumiyyətlə satılmır. Çünki uyğun şərait təmin edilmədiyi halda onların satışına yol verilmir”.

 

Güllər Gülhüseynova

#xəbər #azərbaycan #gündəm #saxlanma #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər