Dünya çempionatı: Azərbaycanın cüdo millisi Gürcüstanı məğlub edib
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışına qələbə ilə başlayıb.
"İnformator.az" "Report" a istinadən xəbər verir ki, yığma 1/8 final mərhələsində Gürcüstan ilə üz-üzə gəlib.
Azərbaycan seçməsi rəqibini 4:2 hesabı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb. Qeyd edək ki, Azərbaycan cüdoçuları daha əvvəl fərdi yarışı iki bürünc medalla başa vurublar. Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc mükafat əldə ediblər.
