Dünya ikincisi Nesrin Baş üçün Tüpraş stadionunda mərasim keçirilib.
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən böyüklər arasında güləş üzrə dünya çempionatında ikinci yeri tutaraq Türkiyəni və Beşiktaş ictimaiyyətini qürurlandıran milli güləşçi Nesrin Başın Tüpraş stadionunda Beşiktaş futbol A komandasının Trendyol Super Liqasında Kocaelispor ilə keçirəcəyi matçdan əvvəl mərasimi keçirilib.
Vitse-prezident Hakan Daltaban dünya ikincisi olmuş milli güləşçi Nesrin Başa və eyni çempionatda Türkiyəni təmsil edən milli güləşçi Selvi İlyasoğluna gül təqdim edib.
Beşiktaş TV
Nazim Xeyrxəbərli
