Dünya liderləri Venesuela Prezidentinin tutulmasına qarışıq reaksiyalar göstərir
Dünya liderləri ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu tutmasına qarışıq-həm qınayan, həm də dəstəkləyən-reaksiyalar veriblər.
Şənbə günü Venesuelaya genişmiqyaslı zərbə endirildikdən sonra Maduro və həyat yoldaşını ABŞ qüvvələri tutub və ölkədən çıxarıb. Həmin cütlük Nyu-Yorkda narkotik cinayətlərində ittiham olunub.
Böyük Britaniyanın Baş naziri Keir Starmer ilk reaksiyasında bildirib ki, onun hökuməti “Maduro rejiminin sonu üçün göz yaşı tökməyəcək”.
Latın Amerikasının qonşu ölkələri, həmçinin Maduronun uzunmüddətli müttəfiqləri Rusiya və Çin bu hərəkəti qınayıb. Çin bildirib ki, suveren bir ölkəyə və onun prezidentinə qarşı güc tətbiq edilməsindən “dərin təəccüblənib və güclü şəkildə qınayır”.
BBC NEWS
Banu Məmmədova
