00:00:00
Yazar
Admin User
18.07.2023 19:08 308 1 dəq oxuma
Sosial

Dünya reytinqinə hansı universitetlər düşür?

Dünya reytinqinə hansı universitetlər düşür?

Hər sahədə oldğu kimi universitetlər arasında da gərgin rəqabət gedir. Bunu göstərən isə reytinq agentliklərinin tərtib etdikləri cədvəllərdir. Burada yer alan ali təhsil məktəbləri müxtəlif tələblərə görə sıralanır. Agentliklərin sayı çox olsa da, onlardan üçü əsas hesab edilir.
UNEC-in Beynəlxalq Əlaqələr və Proqramlar üzrə prorektoru Neman Muradlının sözlərinə görə, kriteriyalar agentliklərə görə dəyişir. Lakin əsas tələblər akademik reputsiya, işəgötürənlərin nüfuzu, tələbə müəllim nisbəti və digər analoji faktorlardır. Eyni zamanda universitetdə fəaliyyət göstərən professor və müəllimlərin çap etdirdikləri məqalələrə istinad sayı da nəzərə alınır. Bununla universitet rəhbərliyi müəllimləri daha çox elmi araşdırmalar aparmağa və məqalələr yazmağa təşviq etməyə çalışır. Görülən işlərin nəticəsində son beş ildə çap olunan məqalələrin sayında kəskin artım müşahidə edilir. Universitetlərin reytinq sıralamalarında irəliləməsi üçün beynəlxalq əlaqələrin inkişafı da vacib nüyanslardan hesab edilir. Bunun üçün xarici universitetlərlə müxtəlif müqvilələr imzalanır və tələbə mübadiləsi aparılır.
Qeyd edək ki, 2021-ci ilin reytinqində Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti QS Dünya Reytinqində TOP 1,100-1,200 sırasına düşə bilib.

 


QASIM

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər