Dünya şəkər qıtlığı ilə üz-üzə
Dünyanın müxtəlif analitika şirkətləri bu il şəkər qıtlığının qeydə alınacağını proqnozlaşdırır. Şəkər istehsalında azalma xüsusən Avropa İttifaqı, Pakistan və Hindistanda gözlənilir.İqtisadçılar bunun baş verəcəyi təqdirdə şəkər qiymətlərində bahalaşma müşahidə ediləcəyi qənaətindədir. Bəs qiymət artımı şəkər idxalında payı olan Azərbaycana necə təsir edə bilərmi?
Dünyada Şəkər istehsalı azalır, qıtlıq təhlükəsi isə artır. Müxtəlif analitika şirkətlərinin bu il ərzində şəkər istehsalının azalacağını proqnozlaşdırması bu məhsulun bahalşacağı ehtimallarını da artırıb. Düzdür ötən il Beynəlxalq Şəkər Təşkilatı 2022/23-cü illərdə qlobal şəkər istehsalının illik 4,8% artaraq 180,4 milyon tona çatacağını proqnozlaşdırmışdı. Lakin dünyada hökm sürən iqlim dəyişikliyi praqnozları doğrultmadı .İndi gözlər ən böyük şəkər istehsalçıları Braziliya və Hindistanın üzərindədir. İqtisadçılar adıçəkilən ölkələrin istehsalı azaldacağı təqdirdə dünya şəkər qiymətlərində artım qeydə alınacağı qəanətindədirlər.
Azərbaycan da şəkər və onun xammalını idxal edən ölkələrin sırasındadır. Hətta bu ilin yanvar-aprel aylarında şəkər idxalı 68 milyon dollar dəyərində olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 milyon dollar və ya 23,6% çoxdur.Eyni zamanda ölkə daxilində istehsal edilən şəkər üçün xammalın 90 faizi də xaricdən gəlir. Ekspertlər məhz bu nüansı nəzərə alaraq dünya bazarında yarana biləcək qiymət dəyişikliyinin Azərbaycana da təsir edəcəyini istisna etmirlər. Vəziyyətdən çıxış yolu kimi isə müxtəlif yollar irəli sürürlər. Azərbaycan birbaşa Hindistan və Braziliyadan şəkər məhsulları idxal etmir. Əsas bazarlarımız Rusiya, Ukrayna və Türkiyədir. Lakin buna baxmayaraq ekspertlər bildirir ki qlobal formada yaranan qıtlıq və qiymət artımının dolayı yolla Azərbaycanın şəkər bazarına təsiri də qaçılmaz olacaq.
Fidan
