Dünyanın ən aktiv vulkanlarından biri oyanıb
Fransanın Reunion adasında yerləşən dünyanın ən aktiv vulkanlarından biri olan Piton de la Fournaise-nin yenidən aktivləşdiyi açıqlanıb.
Reunion Prefekturası, Piton de la Fournaise Rəsədxanası yerli vaxtla saat 04:47-də "seysmik böhran" aşkar etdikdən sonra vulkan ərazisinə giriş və çıxışın bağlandığını açıqlayıb. Prefektura yaxın vaxtlarda ərazidə vulkan püskürməsinin baş verə biləcəyini bildirib və 1-ci səviyyə xəbərdarlığı elan edib. Bundan başqa, bu gün saat 06:00-dan etibarən vulkanın kalderasının tamamilə bağlanması ilə bağlı göstərişlər verilib.
Aydan Əsgərxanlı
CNN Türk
