00:00:00
Yazar
Admin User
22.01.2015 05:47 910 1 dəq oxuma
İdman

Dünyanın ən varlı futbol klublarının yeni siyahısı açıqlanıb

“Deloitte” konsaltinq şirkəti dünyanın ən varlı klublarının yeni reytinq siyahısını açıqlayıb.
Dünyanın ən varlı futbol klublarının yeni siyahısı açıqlanıb

Siyahıya yenə Madrid "Real"ı (İspaniya) başçılıq edir. “Real”  artıq 10 dəfədir ki, dalbadal  liderliyini qoruyub saxlayır.

 

2013-2014 mövsümünün yekununa görə, kral klubunun gəliri 550 milyon avro təşkil edib.  İngiltərənin "Mançester Yunayted" klubu  ikinci, Münhenin “Bavariya” klubu isə  üçüncü olub.

 

Qeyd edək ki, siyahının ilk 20-liyində 8 İngiltərə klubu yer alır. Türkiyənin “Qalatasaray” klubu isə 18-ci yerdə qərarlaşıb.

 

1. "Real"  (İspaniya) - 550 mln.

2. "Mançester Yunayted" (İngiltərə) - 518

3. "Bavariya" (Almaniya) - 488

4. "Barselona" (İspaniya) - 485

5. PSJ (Fransa) - 474

6. "Мançester Siti" (İngiltərə) - 414

7. "Çelsi" (İngiltərə) - 388

8. "Аrsenal" (İngiltərə) - 359

9. "Liverpul" (İngiltərə) - 306

10. "Yuventus" (İtaliya) - 279

11. "Borussiya" Dortmund (Almaniya) - 262

12. "Milan" (İtaliya) - 250

13. "Tottenhem" (İngiltərə) - 216

14. "Şalke" (Almaniya) - 214

15. "Аtletiko" (İspaniya) - 170

16. "Napoli" (İtaliya) - 165

17. "İnter" (İtaliya) - 164.

18. "Qalatasaray" (Türkiyə) - 162

19. "Nyukasl" (İngiltərə)- 155

20. "Everton" (İngiltərə) - 144.
 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər