00:00:00
Yazar
Admin User
01.08.2023 14:07 272 2 dəq oxuma
Sosial

Düzgün ixtisas seçməyənlərə pis xəbər

Düzgün ixtisas seçməyənlərə pis xəbər

9 illikdən kolleclərə ixtisas seçimi başlayıb. Təxminən 11 min plan yeri uğrunda 41 min nəfər mübarizə aparacaq. Bu isə o deməkdir ki, 30 min nəfər kənarda qalacaq. Mütəxəssislər deyir ki, düzgün ixtisas seçimi edənlər müsabiqədə uğur qazanacaq.


Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən 9-cular "Abituriyent" jurnalının 3-cü nömrəsində qəbul aparılan ixtisaslar, plan yerləri və digər şərtlərlə tanış ola bilərlər. Təhsil eksperti Elçin Muradın sözlərinə görə, Azərbaycan dili və xarici dildən 20 baldan aşağı olanlar, 10 bal da riyaziyyatdan aşağı olanlar ixtisas seçiminə qatıla bilmir. Bu tendensiya sadəcə qabiliyyət tələb etməyən ixtisaslara aiddir: “Əvvəldən qeydiyyatdan keçməyənlər narahat olmasın, çünki yeni pəncərə açılacaq, kimlər ki, qeydiyyatdan keçməyib, onlar qeydiyyatdan keçə biləcəklər”.


Təhsil ekspertləri bildirirlər ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən fərq yarana bilir. Ekspert Elçin Murad deyir ki, bu il 9 illikdən Azərbaycan bölməsi üzrə dövlət sifarişli təxminən 4500, ödənişli əsaslarla 6 minə qədər plan yeri var. Rus bölməsi üzrə isə 130-a qədər dövlət sifarişli, 180-dən çox ödənişli yer ayrılıb: “Bunları cəmləyəndə hardasa 11 min nəfərin qəbul olma şansı var. Biz də hazırda qeydiyyatdan keçənlərin sayına baxırıq. 40 min nəfərə yaxın qeydiyyat var. Bunu nəzərə alanda hardasa 30-31 min nəfər çöldə qalacaq”. Ekspert ixtisas seçimində diqqətli olmağa çağırır. Çünki yanlış ixtisas seçimi kəsilənlərin sayını artıracaq.

Rahim

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər