D vitamini çatışmazlığı orqanizmi məhv edir
D vitamini immunitet sistemi üçün çox vacibdir. Alimlər kifayət qədər D vitamini səviyyəsinə sahib olanların viruslara yoluxma riskinin daha az olduğunu qeyd edirlər. Əslində xərçəng və ürək sağlamlığına müsbət təsirləri olduğu da bəllidir.
İnformator.az xəbər verir ki, D vitamini həyati funksiyalarımızda əsas vitaminlərin başındadır. Əslində D vitamini günəş işığından orqanizmə ən təbii şəkildə daxil olur. Alınan şüalar əvvəlcə qaraciyərdə, sonra böyrəkdə işlənir. Bu vitamin immuniteti aktivləşdirməyə, hüceyrələri qorumağa, vitamin və mineralları tənzimləməyə imkan verir.
D vitamini çatışmazlığı zamanı oynaqlarda ağrı, əl-ayaq oynaqlarında, barmaqlarda, yuxu problemləri, baş ağrısı, saç tökülməsi, depressiyaya meyl, əzələ zəifliyi, geniş yayılmış əzələ ağrıları, yorğunluq kimi simptomlar başlayır. Uzun müddət davam edən D vitamini əskikliklərində mənzərənin daha da ağırlaşa biləcəyi danılmazdır.
Orqanizmdə D vitaminini zənginləşdirmək üçün nə etməli?
1. Günəş altında gəzməlisiniz, qapalı yerdə çox oturmaq olmaz
2. Yağlı balıq, qaraciyər qovurması yeyin.
3. Səhərlər kərə yağı və yumurta istifadə edin.
4. Süd məhsullarından çox istifadə edin.
Həcər Əmiraslanlı
