00:00:00
Yazar
Səadət Əlizadə
19.07.2026 11:27 74 1 dəq oxuma
Sosial

Dağlıq rayonlarda şimşək çaxıb, leysan yağıb

Dağlıq rayonlarda şimşək çaxıb, leysan yağıb

Milli Hidrometeorologiya Xidmətinin iyulun 19-u saat 11:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, leysan xarakterli intensiv yağış yağıb.

 

"İnformator.az" xəbər verir ki, xidmətdən verilən xəbərə görə, düşən yağıntının miqdarı Ağstafada 15, Balakəndə 11, Zaqatalada 8, Qaxda (Sarıbaş) 7, Gədəbəydə 6, Tovuz, Ceyrançöldə 2, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Qusar, Şahdağda 1 mm-dir.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 20 m/s-yə çatır.

#şimşək #dağlıq #yağıb #rayonlarda #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər