00:00:00
Yazar
Admin User
22.08.2023 09:10 264 2 dəq oxuma
Sosial

Daha 68 Füzuli sakini doğma yurd-yuvasına yola salındı

Daha 68 Füzuli sakini doğma yurd-yuvasına yola salındı

Füzuli şəhəri növbəti sakinlərini qarşılayıb. Bu dəfəki köç mərhələsində 24 ailə doğma yurd yuvasına qayıdıb.

İllərdir davam edən vətən həsrətindən sonra daha 68 Füzuli sakini öz yurd yuvasına yola salındı. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıb.

 

Füzuli sakici İlahə Zeynalova hisslərini belə ifadə edib: “Evimiz-eşiyimiz qaldı, gəldik burada təzədən ev-eşik qurmağa çalışdıq. Amma indi çox şadıq ki, qayıdırıq vətənimizə. Düzdür, çox özlədik. Biz ordan çıxanda qızımın 1 yaşı var idi. İndi 30 ildən sonra qayıdır öz vətəninə, öz evinə-eşiyinə gedir. Çox şadıq”.

 

Köçürülən ailələr işğaldan sonra bərpa edilən dogma evlərində məskunlaşacaq. Uşaqlıq, gənclik illərini o torpaqlarda keçirənlər bu gün evinə uşaqları və nəvələri, hətta bəziləri öz nəticələri ilə qayıdırlar.

 

Bir başqa Füzuli sakini Mirəli Atakişiyev deyir ki rayondan çıxanda oğlunun indiki yaşında olub: “Rayonu tərk etməyə məcbir olanda mnim 6 yaşım var idi. İndi oğlum mən yaşda ora geri dönür. Çox sevincliyik. Həmd olsun ki, Allah bu günü bizə qismət elədi. Ailə üzvlərimdən, anamla, bacılarımla gəlmişdim. Öz yurdumuzdur, vətənimizdir. Dövlətimiz sağolsun, bizi hər cür işlə təmin edəcək doğma yurdumuzda”.

 

Gülbahar Nəsirova da sevincinin hədd-hüdudunun olmadığını deyir: “O qədər sevincliyəm ki, bu günə, bu qayıdışa. 4 uşaqla gəlmişdim mən. İndi 9 nəvəylə, 3 nəticəylə yenidən qayıdıram o torpağa, öz elimə. Mənim 34 yaşım var idi, indi artıq 65 yaşın içindəyəm”.

 

Qeyd edək ki, Füzuliyə İlk olaraq 23 ailə olmaqla 90 nəfərin qayıdışı reallaşıb. Həmin ailələrin arasında mənzillərin seçimi püşatma yolu ilə baş tutub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər