00:00:00
Yazar
Aise Mustafayeva
25.09.2026 23:14 29 1 dəq oxuma
İdman

Daha bir boksçumuz Avropa çempionu olub

 

Daha bir boksçumuz Avropa çempionu olub

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub.

 

İnformator.az xəbər verir ki, komandamızın heyətində Sübhan Mamedovun (50 kq) ardınca Səidcəmşid Cəfərov da yarışın qızıl medalını qazanıb.

 

75 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda İsmayıl Mutsolqovu (Rusiya) məğlub edib - 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28).

 

 

Bununla da Azərbaycan millisi 43 ölkədən 406 boksçunun qatıldığı Avropa çempionatını rekord sayda - 5 medalla başa vurub. Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc mükafata sahib olub.

 

 

Avropa çempionatında Cəfərovdan öncə Sübhan Mamedov (50 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəbi İsgəndərov (70 kq) gümüş, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medal qazanıblar.

#daha #xəbər #çempionu #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər