Daha bir boksçumuz yarımfinala yüksəlib
"Səidcəmşid Cəfərov da əslən özbəkistanlı legionerdir, iki ilə yaxındır Azərbaycanda məşq edir, Azərbaycanı təmsil edir. Özü də dünya ikincisidir və təcrübəli boksçudur. İndi əslən Özbəkistandan olan Səidcəmşidlə Özbəkistan təmsilçisi Fazliddin Erkinboyevin döyüşü deyərdim ki, çox maraqlı olacaq".
Bu sözləri Azərbaycan Respublikasının əməkdar məşqçisi, Azərbaycan Boks Federasiyası hakimlər və məşqçilər komitəsinin aparıcı mütəxəssisi İsmayılov Rafiq "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu döyüş ən yaxşı, baxımlı döyüşlərdən biri olacaq:
"Biz inanaq ki, ümid edək ki, Səidcəmşid bu döyüşdə qalib gəlib finala yüksəlsin. İki əslən Özbəkistandan olan boksçunun döyüşü çox maraqlı olacaq. Bilirsiz ki, Özbəkistan boks üzrə dünyada lider dövlətlərdən biridir. Ona görə də çox maraqlı, baxımlı döyüş olacaqdır. İnanıram ki, İnşallah yaxşı olar. Alfonso da təcrübəli braziliyalı boksçu ilə döyüşür. İnanırıq ki, Alfonso qalib gəlib finala yüksələcək. "World Boxing" deyilən bu qurum birini səfəri Dünya Çempionatını Liverpolda keçirilib. Burada çəki amili də var, əvvəl çəkilərin arasında fərqlər başqa idi. İndi isə 5-5 qalxır. Bu da özünü döyüşlərdə göstərib".
Müsahibimizin sözlərinə görə, boks elə bir idman növüdür ki, orada hətta 100 qramın fərqi var:
"Ona görə də bu birinci səfər olduğuna görə, çəki dərəcəsində vuruşduqlarına görə, bizim boksçuların yaxşı nəticə göstərmək imkanları doğrudan da çətin, müşkül məsələ idi. Mənə elə gəlir ki, məhz bu amil əsas rollardan birini oynayıb. Səidcəmşid özü 75 kilo çəki ilə vuruşur. Məsələn, Alfonso da 86 kilo ilə vuruşub, ancaq onda yuxarı olduqda da çox büruzə vermir. 90 kilo çəki ilə də vuruşur, digərləri üçün isə bunu deyə bilmərəm. İnşallah gələcəkdə adaptasiya olarlar və bu şəkildə inşallah yaxşı nəticələr göstərərlər".
Zəhra Möhübbətova
