Daha bir güləşçimiz erməniyə qalib gəldi
57, 65, 74 və 97 kq çəkidə pəhləvanlar mübarizə aparır.
Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarında ilk gündə 57, 65, 74 və 97 kq çəkidə pəhləvanlar mübarizə aparır.
İnformator xəbər verir ki, ölkəmizi 57 kq çəki dərəcəsində təmsil edən güləşçimiz Yaşar Əliyev 1/4 finalda Ermənistan güləşçisi Qarik Barseqyanla üz-üzə gəlib.
Heydər Əliyev adına İdman Sarayında tamaşıçaların möhtəşəm dəstəyi altında pəhləvanımız düşmən ölkə idmançısına 10:6 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.
