Daha bir idmançımız İslamiadada medal qazanıb
Azərbaycan qılıncoynadanı Vahab Fətullayev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, yarımfinalda uduzan idmançı fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.
