Dani Olmo niyə start heyətdə oynamır?
"Barcelona" nı mövsümün əvvəlində təəccübləndirən məqamlardan biri də Dani Olmo-nun komandada olmamasıdır. Hücumçu indiyə qədər oynadığı matçlarda demək olar ki, heç forma geyinməyib. Yalnız bir dəfə start heyətdə yer alıb – La Liqada "Rayo Vallecano" ilə qarşılaşmada. Qalan bütün oyunlarda isə meydana yalnız ehtiyat oyunçular skamyasından daxil olub.
Flick-in ona keçən mövsüm olduğu qədər güvənməməsinin bir neçə səbəbi var. Birincisi, onun öz performansıdır. Özümüzü aldatmayaq: statistika heç də yaxşı deyil. Hələlik ilk qolunu vurmayıb və cəmi bir asistlə yadda qalıb. Olmo kimi möhtəşəm bir istedada sahib olan futbolçu üçün bu, çox kiçik bir nailiyyətdir.
Marca
Mələk Nəsirli
