Danimarka kralı Qrenlandiyaya səfər edəcək
Danimarka kralı X Frederik fevralın 18-dən 20-dək Qrenlandiyada səfərdə olacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə kral Danimarkanın "TV2" telekanalına bildirib.
O, adaya səfər etməyi səbirsizliklə gözlədiyini, qrenlandiyalıların ABŞ ilə bağlı vəziyyətdən narahat olduqlarını qeyd edib.
"Qrenlandiyalıların əhval-ruhiyyəsini qaldırmaq lazımdır", - kral əlavə edib.
