00:00:00
Yazar
Admin User
02.08.2023 16:09 221 2 dəq oxuma
Sosial

Daşqınlar, qasırğalar, meşə yanğınları - Bizi nə gözləyir?

Daşqınlar, qasırğalar, meşə yanğınları - Bizi nə gözləyir?

Daşqınlar, qasırğalar, meşə yanğınları və içməli su ehtiyyatlarının azalması - sadalanan bütün bunlar iqlim dəyişikliyinin sürətləndiyinin göstəricisi kimi qəbul edilir.

 

Artıq ekspertlər də həyəcan təbli çalır. Əgər hadisələr bu istiqamətdə davam edərsə, bəşəriyyəti böyük təhlükələr gözləyir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. Təbii fəlakətlərin sayının çoxalmasının əsas səbəblərindən biri atmosferə atılan zərərli tullantıların artmasıdır. Bu isə daha çox böyük iqtisadiyyatlara sahib ölkələrin payına düşür. Milli Hidrometeorologiya Xidmətinin rəis əvəzi Rafiq Verdiyev deyir ki, kəskin iqlim dəyişikliyi insanların sağlamlığı ilə yanaşı ölkələrin iqtisadiyatına da ciddi ziyanlar vurur. “Qlobal iqlim dəyişmələri iki formada özünü göstərir. Xüsusi ilə planetin şimal hissəsində buz dağlarının əriməsi nəticəsində sahil yanı şəhərlərin su altında qalma təhlükəsi artır”.


Eyni zamanda Afrika və Asiya ölkələrində quraqlıq və meşə yanğınları tüğyan edir. Bu baş verənlər isə dünya ölkələrinin təbii fəlakətlərə hazır olmasının vacibliyini göstərir. Qlobal iqlim dəyişkiliyi ölkəmizdən də yan keçmir. AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərovun sözlərinə görə, Azərbaycanda qlobal istiləşmə daha çox hiss edilir. Bu içməli su ehtiyyatlarının və əkinə yararlı torpaqların azalmasında özünü göstərir. “İqlim dəyişikliyi dünyanın fərqli yerlərində müxtəlif cür özünü göstərir. Təbii fəlakətlərin artmasında insan iradəsi də az rol oynamır”.


İri sənaye zavodlarından çıxan zərərli qazlarla yanaşı iri şəhərlərdə və su hövzələri kənarında yaşayan insanların istifadəyə yararsız əşyalarla təbiəti çirkləndirməsi də qey olunmalı nüyanslardandır. Elə təbiəti də qəzəbləndirən onu öz istəklərinə uyğun istismar edən bəşər övladıdır.

Qasım

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər