00:00:00
Yazar
Admin User
21.11.2025 08:39 100 1 dəq oxuma
İdman

Davamlı şəkildə meydanda olsam, daha çox şeylər edəcəyimə əminəm

Davamlı şəkildə meydanda olsam, daha çox şeylər edəcəyimə əminəm

“Neftçi” klubunda çıxış edən Azərbaycanın U-21 millisinin futbolçusu Murad Məmmədov davamlı şəkildə meydana çıxssa, daha çox şeylər edəcəyinə əmindir.

 

“İnformator.az” xəbər verir ki, 19 yaşlı vinger bu barədə açıqlama verib.

 

Gənc oyunçu U-21-in Avropa çempionatının seçmə mərhələsində səfərdə Cəbəllütariqi məğlub etdikləri (1:0) matçla bağlı fikirlərini bölüşüb:

 

“Oyun bizim üstünlüyümüz şəraitində keçib. Asan matç deyildi. Hava şəraiti, həm də meydan amili bizə çox çətinlik yaradıb.Buna baxmayaraq, rəqibi məğlub etdik və vacib olan 3 xalı qazandıq”. 

 

Qarşılaşmadakı yeganə qolun müəllifi olan futbolçu bunun ona əlavə motivasiya verəcəyini söyləyib:

 

“Hər qarşılaşma bizim üçün çox vacibdir. Bu matçda komandaya xeyir vermək xoş hisslər yaratdı”. 

 

“Neftçi” klubunda çıxış edən Murad Məmmədov karyerası barədə də danışıb:

 

“Əlimdən gələn hər şeyin ən yaxşısını etməyə çalışıram. Şans düşdükcə də istifadə edirəm. Davamlı şəkildə meydanda olsam, daha çox şeylər edəcəyimə əminəm”. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər