00:00:00
Yazar
Ayşən Səlimova
06.03.2026 19:32 60 2 dəq oxuma
Dünya

Daxili varislik və xarici təzyiq: İranı kim idarə edəcək?

Daxili varislik və xarici təzyiq: İranı kim idarə edəcək?

Trampın Müctəba Xameneini "zəif fiqur" adlandırması, əslində, onun İranın daxili siyasi proseslərinə və rəhbərlik varisliyinə birbaşa müdaxilə etmək niyyətini göstərir. Tramp, xüsusilə "maksimum təzyiq" siyasətini dəstəkləyən bir lider olaraq, İranın hazırkı rəhbərliyinin nəslinin dəyişməsi prosesini qanunsuz və ya qeyri-effektiv göstərməyə çalışır.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, öz maraqlarına uyğun bir liderlə işləməyə çalışır:

 

“İranda ali liderin seçilməsi prosesi rəsmi olaraq Ekspertlər Şurası və SEPAH-ın məsləhətləşmələri ilə tənzimlənir. Ölkədə rəsmi "varislik" institutu olmasa da, Müctəba Xameneyinin adının bu postda hallanması həm daxili, həm də xarici siyasətdə ciddi suallar doğurur. Müctəba Xameneyi daha çox ordu və güc strukturları ilə yaxınlığı ilə tanınır. Siyasi-dini fəaliyyəti isə kölgədə qalıb. Məhz bu səbəbdən, onun hakimiyyətə gəlməsi İranın ənənəvi ruhani sistemi vasitəsilə birmənalı qarşılanmaya və qəbuledilməz sayıla bilər. Xarici müstəvidə, xüsusilə də ABŞ-nin yanaşması fonunda, Vaşinqtonun daha idarəolunan bir liderlə işləmək istədiyi aydın görünür. Müctəba Xameneyinin hakimiyyətə gəlməsi. Atasının ideoloji xəttinin və "qisas" ssenarilərinin davam etdirməsi deməkdir. ABŞ-nin İranın neft, qaz və qiymətli metallar kimi strateji resurslarına, eləcə də Hörmüz boğazı kimi logistik dəhlizlərə nəzarət etmək planlarını çətinləşdirir və ABŞ-nin İranı iqtisadi cəhətdən zəiflətmək və bölgədə Çinin nüfuzunu məhdudlaşdırmaq strategiyası ilə ziddiyyət təşkil edir. Müctəbanın "zəif fiqur" kimi qələmə verilməsi onun siyasi təcrübəsizliyi ilə əlaqələndirilsə də, SEPAH ilə sıx əlaqəsi əslində onun ən güclü tərəfidir. Xüsusilə, indiki hərbi gərginlik dövründə, hərbi strukturlarla bağlı olan bir liderin hakimiyyəti strateji baxımdan daha dayanıqlı mövqe deməkdir. Nəticə etibarı ilə, Amerika bu fürsətlərdən istifadə edərək İranı iqtisadi cəhətdən sıxışdırmağa, sərvətlərinə nəzarət etməyə və öz maraqlarına uyğun bir liderlə işləməyə çalışır”.

 

Aydan Əsgərxanlı

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər