00:00:00
Yazar
Admin User
23.08.2023 13:28 240 1 dəq oxuma
Sosial

DAYANACAQ NİŞANLARI TƏHLÜKƏ YARADIRMI?!

DAYANACAQ NİŞANLARI TƏHLÜKƏ YARADIRMI?!

  Tez-tez qarşılaşdığımız dayanacaq əvəzinə, sadəcə üzərində avtobus rəsmi olan dayanacaq nişanları görürük. Niyə bəzi yerlərdə "ağıllı", hər bir standarta uyğun dayanacaqlar olduğu halda, bəzi yerlərdə heç üstüortülü bir dayanacaq belə yoxdur? Araşdırılaşı, tədbir görüləsi bir mövzudur, çünki iqlim dəyişikliyi ilə əlaqədar olaraq, günəşdə, yağışda insanlar bu cür dayanacaqların olmamasından əziyyət çəkirlər.

  Nəqliyyat üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, bütün səlahiyyətlər Yerüstü Nəqliyyat Agentliyinə verilib. Ekspert deyir ki, fikir versək, həmin nişandan ibarət dayanacaqlara çox yaxın ərazilərdə üstüörtülü dayanacaqlar var, yəni bu nişanlı dayanacaqların bəziləri sui-istifadə edərək, Bakı İcra Hakimiyyəti ilə razılaşdırılmadan müxtəlif ticarət mərkəzləri, böyük marketlərin quraaşdırdıqları nişanlardır. Ekspert onu da təsdiq edir ki, bu, vətəndaşlar üçün çox təhlükəlidir. Güclü yağışlar, həddən artıq istilər zamanı sərnişinlərin sağlamlığına mənfi təsir göstərə bilər. Ekspertin sözlərinə görə, nişandan ibarət standartlardan kənar dayanacaqlara qoyulan ərazilərdə dayanacaqlara həqiqətən də tələbat varsa, bu zaman üstüörtülü dayanacaqlar qoyula bilər.

 ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər