00:00:00
Yazar
Admin User
22.09.2023 13:09 441 2 dəq oxuma
Sosial

Dəb açıq-saçıq geyinməkdir, yoxsa?

Dəb açıq-saçıq geyinməkdir, yoxsa?

“Zaman qurşağı fərqli insanlar yetişdirir. Zaman ötdükcə insanlar qədər dəb də dəyişməyə başlayır. Dəb zamanı bəzən keçmişə qayıdan, bəzən də müasir dövrlə uyğunlaşmağa çalışanlar olur”. Bu sözləri İnformator.az-a psixoloq Gülnar Orucova deyib. Onun sözlərinə görə, bu gün, insanların açıq-saçıq, müasir geyim tərzlərini özündə əks etdirməsi, Avropa dövlətlərinin inkişafının nəticəsidir:


“Biz Avropaya yalnız geyim baxımından özümüzü bənzədirik. Bizim üçün dəb açıq-saçıq geyimlərdir. İnsanlar elə bilir ki, açıq-saçıq geyinən zaman bədənlərinin müxtəlif nahiyələri çöldə qalanda daha gözəl olur. Amma elə deyil. Əksinə, bağlı, uzun tip geyimli xanımlarıma kişilərin diqqəti daha çox yönəlir".

 

Psixoloq əlavə edir ki, çox adam milli dəyərlərini kənara qoyub, özünü xariclə müqayisə edir: "Hamı öz abır-həyasını, namusunu özü qorumalıdır. ,"Geyim əxlaqın göstəricisidir”- bu fikirlə bəzən mən də razılaşıram. Açıq-saçıq geyinmək, modaya uyğunlaşmaq yox, abırsızlıq kimi qiymətləndirilir. Hər hansı model, bir dəb nümayiş etdirir, bizim millət də düşünür ki, bunu biz də geyinə bilərik. Hətta bu tərzləri günlük, iş, dərs geyimi kimi də dəyərləndirənlər var. Problem insanların ziyafətə geyməli olduğu geyimləri günlük, çimərlik geyimlərini isə, normal həyat tərzlərində istifadə etməsidir. Hər yerin öz geyim üsulu var. Amma ən pis tərəfi də vətəndaşların bu vəziyyəti qınamamasıdır. Qınaq olmayanda, hamı öz əməlini ən düzgün hesab edir”.

 

HƏCƏR ƏMİRASLANLI

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər