DÇ-2026: Baş məşqçi ilk oyundan sonra qovulub
Tunis yığmasının baş məşqçisi Sabri Lamuşi 2026-cı il dünya çempionatının ilk turunda ağır məğlubiyyətdən sonra istefaya göndərilib.
"İnformator.az" xəbər verir ki, bu barədə idman jurnalisti Romen Molina özünün X səhifəsində yazıb.
Qeyd edək ki, bu gün F qrupunda keçirilən oyunda İsveç millisi Tunisə 5-1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, ilk turda baş məşqçinin istefaya göndəriulməsi Dünya çempionatı tarixində bir ilkdir.