00:00:00
Yazar
Səadət Əlizadə
09.07.2026 10:41 63 1 dəq oxuma
İdman

DÇ-2026: Mərakeş millisinin bombardiri Fransa ilə oyunu buraxacaq

DÇ-2026: Mərakeş millisinin bombardiri Fransa ilə oyunu buraxacaq

Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uəhbi komandanın aparıcı futbolçularından İsmael Saybarinin 2026-cı il dünya çempionatının 1/4 finalında Fransa ilə keçiriləcək oyunu buraxacağını açıqlayıb.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, mütəxəssis mətbuat konfransında yarımmüdafiəçinin zədəsini vaxtında bərpa edə bilməyəcəyini bildirib:

 

"Saybari istisna olmaqla, bütün futbolçularımız sağlamdır. Meydana yalnız 100 faiz hazır olanları buraxacağıq. Təəssüf ki, Saybari bu oyuna qədər sağala bilməyəcək. Amma onun turniri erkən başa vurduğunu düşünmürəm və ümid edirəm ki, növbəti mərhələlərdə bizə kömək edə biləcək".

 

Qeyd edək ki, İsmael Saybari 1/8 finalda Kanada ilə keçirilən və Mərakeşin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə zədələnib. Mərakeşli yarımmüdafiəçi turnir ərzində 3 qolla komandasının ən məhsuldar futbolçusudur.

#dç-2026: #yeni #fransa #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər