00:00:00
Yazar
Səadət Əlizadə
28.06.2026 11:12 17 1 dəq oxuma
İdman

DÇ-2026: Messi dünya mediasının gündəmi olub

DÇ-2026: Messi dünya mediasının gündəmi olub

2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsi başa çatıb və bütün pley-off cütlükləri müəyyənləşib. 
 

"İnformator.az" xəbər verir ki, son oyun günündə diqqət mərkəzində Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo və Argentina yığmasının lideri Lionel Messi olub.

 

 

Portuqaliya qrup mərhələsinin son oyununda Kolumbiya ilə qolsuz heç-heçə edib. Ronaldo meydana yeni qızılı rəngli butsilərlə çıxıb və görüş ərzində komandasının heyətində ən çox diqqət çəkən futbolçulardan biri olub. Buna baxmayaraq, Portuqaliya qrupu ikinci pillədə başa vurub, Kolumbiya isə lider kimi növbəti mərhələyə yüksəlib

 

Argentina isə İordaniya ilə qarşılaşmada əsas heyətdə bir sıra dəyişiklik edib. Baş məşqçi Lionel Skaloni əsas futbolçularını, o cümlədən Lionel Messini ehtiyatda saxlayaraq onlara istirahət verməyə üstünlük verib.

 

Futbol ictimaiyyətinin diqqəti indi çempionatın həlledici mərhələsinə yönəlib. Turnirin favoriti hesab olunan komandalar kubok uğrunda mübarizəni davam etdirəcək, ilk pley-off oyunlarında isə bir sıra maraqlı qarşılaşmalar azarkeşləri gözləyir.

#gündəm #dç-2026: #gündəmi #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər