00:00:00
Yazar
Zəri Bayramlı
23.06.2026 23:44 13 1 dəq oxuma
İdman

DÇ-2026: Portuqaliya Özbəkistanı məğlub edib

DÇ-2026: Portuqaliya Özbəkistanı məğlub edib

2026-cı il dünya çempionatında K qrupunun II turunun oyunlarına start verilib. 
 

"İnformator.az" xəbər verir ki, Portuqaliya millisi Özbəkistan yığması ilə üz-üzə gəlib.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb. 

 

Portuqaliya matça qolla başlayıb. 6-cı dəqiqədə Kriştiano Ronaldo hesabı açıb.

17-ci dəqiqədə fərq iki topa çatıb. Nuno Mendeş cərimə zərbəsindən fərqlənib. 

39-cu dəqiqədə Portuqaliyanın superulduzu Ronaldo yenidən səhnəyə çıxıb. 41 yaşlı futbolçu özünün 2-ci, komandasının 3-cü qolunu vurub. 

Avropalılar bundan sonra daha 2 dəfə də fərqləniblər. Nematovun avtoqolu, Leaonun qolu hesabı 5:0 edib.

Görüş bu hesabla başa çatıb. 

Dünya çempionatı
K qrupu, II tur
23 iyun

21:00. Portuqaliya – Özbəkistan 5:0

Qol: K. Ronaldo, 6, 39, N. Mendeş, 17, Nematov, 60 (ö.q), R. Leao, 87

Portuqaliya: Dioqo Koşta, Joao Kanselo, Ruben Diaş, Renato Veyqa, Nuni Mendeş, Joao Neveş, Vitinya, Pedro Neto, Bruno Fernandeş, Joao Feliks, Kriştiano Ronaldo

Özbəkistan: Abduvaxid Nematov, Abdukodir Xusanov, Abdulla Abdullayev, Rustamjon Aşurmatov,Behruzjon Karimov, Odiljon Xamrobekov, Otabek Şukurov, Şerzod Nasrullayev, Abbosbek Fayzullayev, Azizjon Qaniyev, Eldor Şomurodov

#dç-2026: #portuqaliya #xəbər #edib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər