DÇ-2026: Türkiyə Paraqvaya məğlub olub, qrupdan çıxmaq şansını itirib
2026-cı il dünya çempionatının D qrupunda II turun növbəti oyunu keçirilib.
"İnformator.az" xəbər verir ki, Türkiyə millisi Paraqvayla üz-üzə gəlib.
Qarşılaşma Bakı vaxtı ilə saat 07:00-da start götürüb.
Paraqvay oyuna qolla başlayıb. 64-cü saniyədə Qalarzanın qoluyla amerikalılar Türkiyə qarşısında 1:0 önə keçib.
Gərgin keçən ilk hissənin sonlarında Paraqvay millisi azlıqda qalıb. Migel Almiron meydandan qovulub.
Görüş 1:0 Paraqvayın qələbəsiylə başa çatıb. Bu nəticədən sonra Türkiyə millisinin növbəti mərhələyə yüksəlmə şansı qalmayıb. ABŞ-lə oyun ay-ulduzluların mundialda son matçı olacaq.