Dehlidə otel yanğını: 21 nəfər ölüb, ölənlərin əksəriyyəti xarici vətəndaşlardır
Hindistanın paytaxtı Yeni Dehlinin cənubunda yerləşən hoteldə baş verən yanğın nəticəsində azı 21 nəfər həlak olub, onların 18-i xarici vətəndaşdır. Polis və yerli media yanğının çərşənbə günü səhər saatlarında başladığını bildirib. Ölənlər arasında Banqladeş, Nigeriya, Mozambik və Liberiyadan olan şəxslər var. Hadisə zamanı 40-dan çox insan xilas edilərək xəstəxanalara yerləşdirilib.
Şahidlərin sözlərinə görə, bəzi sakinlər alovdan qaçmaq üçün yuxarı mərtəbələrdən tullanıb. Yanğının binanın aşağı mərtəbəsində fəaliyyət göstərən restorandan başladığı ehtimal edilir. Baş nazir Narendra Modi faciə ilə bağlı başsağlığı verib.
Reuters
Mələk Hüseynova