“Dejavu beyinin yaddaş və qavraması fonunda yaranan hadisədir”- AÇIQLAMA
Yəqin ki, hər birimiz "mən bu anı daha əvvəldə yaşamışam" kimi hisslərə qapılmışıq. Bu hissin adı dejavudur. Bu söz fransız dilindən götürülüb və mənası "artıq görülən"deməkdir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Ülviyyə Murtuzova bildirib ki, dejavu beyin hadisəsidir:
"Bəzən bizə elə gəlir ki, biz uzun illər bu yerdə olmuşuq və yaxud da bu əşyanı görmüşük və s. Bu əslində yorğunluq, stress və yuxusuzluq fonunda yaşanır. Beyin isə hər yaşanan və görünən şeyləri yaddaşla əlaqələndirir. Yəni yaddaşa yazır. Bəzən də görünən və yaşanan hadisə əvvəllər də görünən və yaşanan hadisə ilə çox oxşar olduğuna görə beyin onları səhv sala bilər. Bizə bir anlıq elə gəlir ki, bu hadisəni yaşamışıq, elə ona görə də beyin bizə məlumat ötürür. Lakin qeydə alınan hal sonra düzəlir. Çünki, beyin tam əmin olmadığı hadisələri və anları yaddaşda saxlamır".
Səkinə Musayeva