Dekabrda 9 gün iş olmayacaq
2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlərə görə 1 gün qeyri-iş günü olacaq.
"İnformator.az" "Mətbuat.az"a istinadən xəbər verir ki, 31 dekabr həftəiçi gününə təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməsi nəzərdə tutulmayıb. Beləliklə, şənbə, bazar və xüsusi günlər də daxil olmaqla, dekabr ayında ümumilikdə 9 gün iş olmayacaq.
