00:00:00
Yazar
Admin User
17.01.2026 05:52 68 1 dəq oxuma
Dünya

Delsi Rodriqes Venesuela hökumətində kadr dəyişiklikləri edib

Delsi Rodriqes Venesuela hökumətində kadr dəyişiklikləri edib

Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqes ölkə hökumətində bir sıra kadr dəyişiklikləri həyata keçirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə D.Rodriqes "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

 

Onun qərarlarından biri Sənaye və Milli İstehsal, eləcə də Milli Ticarət nazirliklərini bir qurumda birləşdirmək olub.

 

"Mən ölkənin iqtisadi inkişafında mühüm rol oynayan Sənaye, Milli İstehsal və Milli Ticarət nazirliklərini birləşdirmək qərarına gəldim. Yeni quruma nazir Luis Antonio Villeqas rəhbərlik edəcək", - D.Rodriqes qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər