DEM Partiya: “Terrordan uzaq Türkiyə prosesi 2026-da da davam edəcək”
DEM Partiyanın həmsədri Tülay Hatimoğulları bildirib ki, “terrordan uzaq Türkiyə” prosesi 2026-cı ildə də davam etdiriləcək. Onun sözlərinə görə, bu prosesə qarşı çıxmaq ölkənin ortaq gələcəyinə ziddir və Meclisdə hazırlanacaq ortaq hesabat həll yönümlü olmalıdır.
Hatimoğulları həmçinin Suriya ilə bağlı proseslərin Türkiyə və region üçün müsbət nəticələr verə biləcəyini qeyd edib. O, DEM Partiyanın Prezident Rəcəb Tayyib Ərdoğanla görüş üçün randevu istədiyini, lakin hələlik tarix müəyyənləşmədiyini bildirib.
CNN Türk
Mələk Hüseynova
