00:00:00
Yazar
Ayan Sadi
03.11.2026 21:49 24 1 dəq oxuma
Dünya

Demokratları qəzəbləndirəcək sözlər: Qazanarlarsa ölkə yox ola bilər

Demokratları qəzəbləndirəcək sözlər: Qazanarlarsa ölkə yox ola bilər

 

 

 

ABŞ Prezidenti Donald Tramp “Demokratlar Nümayəndələr Palatasını, Senatı və 2028-də prezidentliyi qazanarsa ölkəmiz tamamilə yox ola bilər” dedi.

 

 

Tramp jurnalist Miranda Devinin hazırladığı podkast proqramında aralıq seçkilərlə bağlı açıqlama verdi. Demokrat Partiyanın seçkiləri qazanması halında ölkənin düzəlməsi mümkün olmayan dağıntıya sürüklənəcəyini iddia edən Tramp belə dedi: 

 

“Əgər Demokratlar Nümayəndələr Palatasını, Senatı və 2028-də prezidentliyi qazanarsa, ölkəmiz tamamilə yox ola bilər. Seçki sorğuları reallığı əks etdirmir və məncə, sorğular saxtadır”.

 

 

Tramp Konqresdəki çoxluğun Demokratlara keçməsi halında prezident səlahiyyətlərindən sonadək istifadə edib qanunvericilik prosesini əngəlləyəcəyini bildirərək dedi: 

 

“Qazanacağımıza inanıram, amma qazana bilməsək, hər şeyi veto edərəm. Yəqin ki, ‘Cənab Veto’ olaram. Daha sonra müəyyən məqamda razılaşmalar etməyə başlayarıq”.

 

 

Siyasətdəki son dövrünü yaşadığını qeyd edən Tramp, ABŞ Konstitusiyasındakı iki müddət məhdudiyyəti olmasaydı yenidən namizəd olmaq istəyəcəyini bildirdi. O, vəzifəni tərk etdikdən sonra yerinə kimin keçəcəyi barədə Vitse-Prezident Ceyms Dey Vens və Dövlət Katibi Marko Rubio kimi adların güclü seçim olduğunu vurğulayaraq “Məndən sonra ölkəni gözəl idarə edəcək birinin gəlməsi lazımdır” dedi.

 

 

CNN Türk

Aynur Əhmədli

#sözlər: #bilər #qəzəbləndirəcək #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər