Depressiyanın az bilinən 8 simptomu
Depressiya bu gün bir çox insanın əziyyət çəkdiyi psixoloji xəstəlikdir. Hər zaman kədərli hiss etmək, maraq itkisi, iştahsızlıq, yorğunluq və dəyərsiz hiss etmək depressiyanın ən çox görülən əlamətlərindəndir. Bəs sizin bilmədiyiniz simptomlar?
İnformator.az NTV-yə istinadən depressiyanın daha az bilinən əlamətlərini təqdim edir:
1. Mahnılar sizə əvvəlki kimi hiss etdirmir. Ümumiyyətlə, musiqi dinləmək həvəsinizi itirirsiniz.
2. Əvvəllər insanların problemləri ilə maraqlanır, onlara kömək etmək istəyirdinizsə, artıq sizi heç kim maraqlandırmır.
3. 12 saat yatsanız belə, yuxudan rahat şəkildə oyana bilmirsiniz, günə həmişə yorğun başlayırsınız.
4. Gülməli gördüyünüz şeylərin artıq o qədər də gülməli olmadığını düşünürsünüz. Axırıncı dəfə nə vaxt güldüyünüzü belə xatırlaya bilmirsiniz.
5. Tolerantlığınız zamanla azalır. Hər şeyə hirslənir, insanların davranışından narahat olursunuz.
6. Yemək rejiminiz dəyişir. Normalda həzz aldığınız yeməklərə belə marağınız yoxdur. Bəzi insanlar üçün bu, əksinə ola bilər.
7. Bədəninizin hər bir yeri ağrıyır. Özünüzü, ümumiyyətlə yaxşı hiss etmirsiniz. Mədəniz həmişə narahatdır. Daimi xəstəliyinizin səbəbini bilmirsiniz.
8. Sizi siz edən xüsusiyyətlərdən imtina etməyə hazırsınız.
Nəzrin
