00:00:00
Yazar
Elmira Ağayeva
27.06.2026 21:37 64 2 dəq oxuma
Media

Dezinformasiya Nədir və Ondan Necə Qorunaq?

Dezinformasiya Nədir və Ondan Necə Qorunaq?

 

Dezinformasiya mövzusu son illər informasiya məkanında ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xəbər bolluğu fonunda yayılan ziddiyyətli və təsdiqlənməmiş məlumatlar cəmiyyətdə çaşqınlıq yarada bilir. Bu reallıq medianın rolu, məlumatın yoxlanılması və ictimai məsuliyyət kimi anlayışları gündəmə gətirir.


Mövzu ilə bağlı media eksperti Səbinə İzzət “İnformator.az”a açıqlamasında bildirib ki, dezinformasiya, əslində, insanları aldatmaq, birbaşa, yəni manipulyasiya eləmək, eləcə də ictimai rəyə təsir göstərmək məqsədilə qəsdən yayılan yalan, təhrif olunmuş məlumata deyilir:

 

“Burada "qəsdən" sözünü xüsusi vurğulamaq lazımdır. Bilərəkdən edilən, yayılan yalan, təhrif olunmuş məlumatlardır. Əsas xüsusiyyətlərini məlumatı bilərəkdən yanlış təqdim etməkdir. Burada, deməli, dezinformasiyanın əsas xüsusiyyəti nədir? Məlumatın bilərəkdən yanlış təqdim edilməsidir. Dezinformasiyanı doğru, yəni faktdan, belə deyək, ayırmağın əsas üsulları bunlardır: məlumatın mənbəyinin etibarlılığını yoxlamaq-birinci məsələdir; xəbəri bir neçə etibarlı mənbə ilə müqayisə eləmək; başlıqla kifayətlənməyib mətnin hamısını oxumaq. Bəzən insanlar sadəcə xəbərin başlığını oxuyur və bunu, belə deyək, mətnin özünü oxumadan, sorğulamadan başlayırlar bunu sürətli bir şəkildə yaymağa və dezinformasiya bu şəkildə yayılır. Həmin informasiyanın tarixinə, müəllifə- müəllif kimdir, kim yazıb, istifadə olunan faktlara diqqət eləmək lazımdır. Burada bunlar çox vacib məsələlərdir. Foto, videoların həqiqiliyini yoxlamaq. N qədər alətlər var ki, orada foto və videoları biz daxil eləyib bunun həqiqiliyini yoxlaya bilirik. Və əlbəttə ki, ən əsası, emosional və sensasiyalı məzmun paylaşımlarına tənqidi yanaşmaq lazımdır. Yəni burada bir ton nəzərə alınmalıdır. Baxırsan ki, xəbərin özündə, dilində emosional və sensasiya var və əlbəttə ki, bu məzmun artıq bir dezinformasiya məhsulu kimi şübhə altına alınmalıdır.
Bununla mübarizə aparmağın, əlbəttə, effektiv yolları birinci növbədə, media və informasiya savadlılığı artmalıdır cəmiyyətdə. Cəmiyyətdə insanlar anlamalıdır ki, hər oxuduğu, əldə etdiyi informasiyanı sorğulamalıdır, bunun mənbələrinə, qaynaqlarına baxmağı bilməlidir. Dediyim kimi, fakt yoxlama platformalarından istifadə etmə bacarıqları da elə bu media savadlılığının içindədir. Rəsmi, etibarlı informasiya mənbələrinə üstünlük verilməlidir. Şübhəli məlumatları paylaşmazdan əvvəl hökmən yoxlanmalıdır. Sosial media platformalarının saxta hesab və manipulyativ məzmunla bağlı tədbirlərini gücləndirmək lazımdır. Sosial mediada bilirsiniz, dezinformasiya çox sürətlə yayılır. Və əlbəttə ki, cəmiyyətdə tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmək. Yəni bu inkişaf edərsə cəmiyyətdə tənqidi düşüncə bacarıqları, dezinformasiya da daha az yayılar”.

 

Mələk Hüseynova

#Dezinformasiya #media #jurnalistika
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər