Dəhşətli olay! 3 qız uşağını öldürüb dəmir sandığın içinə bağladı
Bu dəfə ürəkağrıdan xəbərlər son vaxtlar artan cinayət nisbəti ilə faciəli hadisələrin baş verdiyi Hindistandan gəlib.
İnformator.az xarici mənbəyə istinadən xəbər verir ki, Pəncab əyalətinin Calandhar bölgəsində baş verən hadisədə qızlarının yoxa çıxdığını iddia edərək polisə müraciət edən ailənin evində tapılan dəmir sandığın tapıntıları acı həqiqəti üzə çıxarıb.
9, 7 və 4 yaşlı üç qız uşağı valideynləri tərəfindən öldürülərək dəmir sandıqçaya bağlanıb. Polisin araşdırması nəticəsində məlum olub ki, 9 yaşlı Amrita, 7 yaşlı Şakti və 4 yaşlı Kançan valideynləri tərəfindən öldürülüb. Valideynlərin südlərinə pestisid qataraq öz uşaqlarını dəhşətli şəkildə öldürdükləri öyrənilib.
Ailənin maddi imkansızlıq üzündən övladlarını öldürdüyü iddia edilərkən, hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladılıb.
HƏCƏR ƏMİRASLANLI
