00:00:00
Yazar
Admin User
18.09.2025 19:04 126 1 dəq oxuma
İdman

“Digər klublarımız da Qarabağın yolunu getməlidir”

“Digər klublarımız da Qarabağın yolunu getməlidir”

Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində “Benfika” üzərində tarixi qələbə (3:2) qazanaraq UEFA reytinqində irəliləyib.

 

Komandanın əmsalı 37,000-ə çatıb və 57-ci yerdən 55-ci pilləyə yüksəlib. Bu uğur həm klubun, həm də Azərbaycanın UEFA reytinqində mövqelərinin güclənməsinə səbəb olub. Reytinqə hələ də 125,500 xalla “Real” Madrid liderlik edir.


Mövzu ile bağlı jurnalist Ceyhun Rzayev “ İnformator.az” a açıqlamasında bildirib ki, Qarabağın benfikanı məğlub etməsi Azərbaycan futbolu üçün çox böyük hadisədir və hətta bizim futbol tariximizin ən parlaq sayfələrindən biridir:


“Çempionat Ligasının əsas mərhələsində komandamız ikinci dəfə iştirak edir və ilk oyundaca qələbəsini qazanıb. Bütün dünya, azərkeşlər, media Qarabağdan danışıb. Bu əlbəttə ki, məsuliyyəti artırır. Qarabağ bundan sonra daha çətin olacaq. Qarabağın rəqibləri artıq Qarabağa daha ciddi yanaşacaqlar. Əlbəttə ki, hər qələbə həm kluba maddi qazanc gətirir, həm də klub reytinqində Qarabağ irəlləyir. Digər klublarımız da Qarabağın yolunu getməlidir. Bu strategiyanı mənimsəməlidirlər. Çünki Azərbaycan klubunda rəqabət olmalıdır. Hər şey tək Qarabağla kifayətlənməməlidir. Nefçi, Sabah, Zirə və s. kimi komandalarda çalışmalıdır ki, rəqabət artsın , çempionatımız artsın ve onlar da Qarabağ səviyyəsinə çatsınlar”.


Aysu Abbasova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər