00:00:00
Yazar
Admin User
18.07.2023 16:14 373 1 dəq oxuma
Sosial

Dil qaydalarını pozan mahnılar

Dil qaydalarını pozan mahnılar

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi mahnılarımız monitorinq aynasında adlı hesabat hazırlayıb. Kitabda müxtəlif yarımbaşlıqlar altında əksər tanınmış müğənilərin mahnılarına rast gəlmək mümükündür. Bayağılıqla yanaşı orfoepik səhvlər, leksik pozuntular, alınma sözlərdən istifadə və digər kriteriyalara görə mahnılar qruplaşdırılıb. Monitorinq mərkəzinin irad tutduğu müğənnilərdən biri də Talıb Taledir. Hesabatda ifaçının “Get gəlim”, “Yadında” kimi mahnılarında səhvə yol verdiyi yazılıb. Bununla bağlı olaraq müğəninin mövqeyini öyrəndik. Oxuduğu mahnıların böyük əksəriyyətini özü bəstələyən sənətçi deyir ki, mən həmişə qaydalara əməl eləməyə çalışıram. Oxuduğum mahnılarda uyğun olmayan sözlər işlətmirəm. Ana dilinə qayğı ilə yanaşmağın vacib olduğunu deyən Talıb Tale ona tutulan iradlarla razılaşmır.
Kitabda mahnılarından bəhs edilən daha bir məşhur isə Ayaz Babayevdir. Monitorinq mərkəzi müğəninin “Ay tənli qadın”, “Qara gözlər”, “Sən mənimlə” kimi mahnılarına iradlar tutub. Dövlət dil komissiyası yanında monitorinq mərkəzinin direktor müavini Gülarə Əmirova deyir ki, kitabın hazırlanmasında monitorinq mərkəzinin əməkdaşları ilə yanaşı mahnılardakı səhvlərin aşkar edilməsində mütəxəssis rəyi də alınıb.

 


QASIM

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər