00:00:00
Yazar
Admin User
26.01.2015 13:22 406 1 dəq oxuma
Sosial

“Dilmanc”ın “iOS” əməliyyat sistemi üçün yeni versiyası istifadəyə verilib

“Dilmanc” layihəsi çərçivəsində hazırlanmış mobil telefonlar üçün tərcümə proqramının “iOS” əməliyyat sistemində çalışan versiyası istifadəyə verilib.
“Dilmanc”ın “iOS” əməliyyat sistemi üçün yeni versiyası istifadəyə verilib

İnformator-un məlumatına görə, bu proqram da digər “Dilmanc” məhsulları kimi ödənişsiz yayılır və istifadəçilər bu versiyanı öz “iPhone” və “iPad” qurğularına “App Store”-da "Dilmanc" axtarmaqla yükləyə bilərlər. Beləliklə, “Dilmanc” mobil tərcüməçidən “Apple” şirkətinin mobil qurğularının istifadəçiləri də yararlana biləcəklər.

 

Qeyd edək ki, mobil tərcüməçi proqramının “Android” əməliyyat sistemi üçün olan versiyası Azərbaycanda və ölkə xaricində çox populyar proqram məhsuludur. Bu vaxta qədər bu sistem 140 min dəfədən çox köçürülüb. “Google analytics”-ə görə, bu proqramdan təkcə 2015-ci ilin yanvar ayının 1-dən 22-nə kimi 40 minə yaxın insan tərəfindən dünyanın 65 ölkəsində 360 min dəfə istifadə edilib. Bu ölkələr arasında ABŞ, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, İsveç və digər ölkələr var.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər