00:00:00
Yazar
Admin User
23.10.2023 08:38 429 1 dəq oxuma
Sosial

DİM-in tərtib etdiyi suallar bütövlükdə proqramın məzmunundan irəli gəlir

DİM-in tərtib etdiyi suallar bütövlükdə proqramın məzmunundan irəli gəlir

Bəzi şagirdlər, abituriyentlər məktəb dərsliklərinin mövzularının ali təhsil müəssisələrinə qəbul imtahanına hazırlaşmaq üçün yetərli olmadığından şikayətlənirlər. Bəs məktəb dərsliklərinin qəbul imtahanlarının formasına uyğun olmamasında səbəb nədir? Bu mövzuda Təhsil eksperti İlqar Orucov informator.az-a fikirlərini bölüşüb.

 

İlqar Orucovun sözlərinə görə, şagirdlər, abituriyentlər, valideynlər, bəzən müəllimlər tərəfindən də bu cür iddialar səsləndirilir.

 

“Amma DİM birmənalı şəkildə bildirir ki, buraxılış və qəbul imtahanları üçün tərtib olunan suallar dərsliklərin məzmununa uyğun olaraq hazırlanır. DİM bu ittihamların absurd və əsassız olduğunu bildirir”.

 

Ekspert qeyd edir ki, buraxılış və qəbul imtahanlarının suallarına nəzər yetirəndə görürük ki, bütövlükdə, bu suallar orta məktəb dərsliklərini əhatə edir.

 

“Fakt da var ki, DİM özü xüsusi buraxılışlar çap edir, imtahan sualları həmin buraxılışlarda əks olunur”. Ekspertin fikrincə, suallar kifayət qədər çətindir. Müasir dünyada imtahan sualları tərtib olunarkən həm də məntiqi düşünməyə təkan verən suallar tərtib olunur. DİM sualların tərtib olunmasında beynəlxalq meyarların üstünlük verildiyini iddia edir. Mənim müşahidələrim, eyni zamanda, araşdırmalarım buna əsas verir ki, DİM-in tərtib etdiyi suallar bütövlükdə proqramın məzmunundan irəli gəlir. Burada kənar mövzular, suallar yoxdur”.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər