00:00:00
Yazar
Admin User
14.11.2025 14:47 110 1 dəq oxuma
Sosial

DİN məlumat yayıb: Bu nömrələrdən gələn zənglər...

DİN məlumat yayıb: Bu nömrələrdən gələn zənglər...

Sosial şəbəkələrdə "9990" və "7770" nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb.

 

"İnformator.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.

Hazırda DİN-in aidiyyəti baş idarəsi araşdırmalara davam edir. Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər