00:00:00
Yazar
Nigar Həsənzadə
24.07.2026 22:18 22 1 dəq oxuma
Gündəm

Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlanıb 

Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlanıb

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi  25 iyun 2026-cı il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “Dinləyib-anlama”, “Oxuyub-anlama”, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi, iyunun 26-da isə danışıq bloku üzrə imtahan keçirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, imtahan iştirakçıları nəticələr ilə DİM-in internet saytında tanış ola bilərlər.

 

Qeyd edək ki, imtahanın ikinci mərhələsinə birinci mərhələdə azı 60% nəticə göstərən 129 namizəd buraxılıb.

 

Xarici dil imtahanının hər iki hissəsində 126 nəfər iştirak edib.

 

Müsabiqənin ikinci mərhələsinin nəticələri ilə daha təfərrüatlı məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.

 

#baki #açıqlanıb #yeni #gündəm #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər